• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə Prezidentinin fevralın 12-dən Pakistana ikigünlük səfəri başlayacaq

11-02-2025, 20:00 | Baxılıb: 462
“Türkiyə Prezidentinin fevralın 12-dən Pakistana ikigünlük səfəri başlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə fevralın 12-dən Pakistanda ikigünlük səfərdə olacaq.
Diaspor.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğanı nazirlər, yüksəksəviyyəli rəsmilər, eləcə də korporativ liderlər daxil olmaqla, yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edəcək.

Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər. Sessiyanın yekununda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir. Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Məhəmməd Şahbaz Şərif və Pakistan Prezidenti Asif Əli Zərdari ilə də ikitərəfli görüşləri nəzərdə tutulub. Onlar hər iki tərəfdən aparıcı investorları, şirkətləri və iş adamlarını bir araya gətirərək Pakistan-Türkiyə Biznes və İnvestisiya Forumunda çıxış edəcəklər.

Qeyd edək ki, Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurası ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə strateji istiqamət verən qərar qəbuledici forumdur. Şuranın nəzdində bir sıra Birgə Daimi Komitələr mövcuddur; bu sıraya ticarət, investisiya, bank işi, maliyyə, mədəniyyət, turizm, enerji, müdafiə, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya texnologiyaları, səhiyyə, elm, texnologiya və təhsil sahələri daxildir. İndiyədək Şuranın altı iclası keçirilib.скачать dle 10.6фильмы бесплатно


462

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.