• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır

14-02-2025, 09:00 | Baxılıb: 459
“Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır

Bu gün dünyanın ən nüfuzlu təhlükəsizlik tədbirlərindən olan 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır.
Diaspor info xəbər verir ki, fevralın 16-dək davam edəcək konfransda beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı ən vacib çağırışlar müzakirə olunacaq.

Builki konfrans beynəlxalq siyasətdə mühüm dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir. Yanvarda ABŞ-da yeni administrasiya fəaliyyətə başlayıb, Avropa İttifaqında yeni qanunvericilik dövrü başlayır, Almaniyada isə konfransdan cəmi bir həftə sonra növbədənkənar federal seçkilər keçiriləcək.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi açılış nitqi ilə başlayacaq konfransda dünyanın müxtəlif bölgələrindən yüzlərlə siyasətçi, diplomat və ekspert Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgendin rəhbərliyi altında qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Açılış günü konfransın əsas proqramı start götürəcək və qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər qlobal çağırışlar ön planda olacaq. Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində olacaq. Eyni zamanda, transatlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr keçiriləcək. Konfransın sonuncu günündə - fevralın 16-da isə Avropanın qlobal siyasətdəki rolu ilə bağlı debatlar təşkil olunacaq.

Hər il olduğu kimi, 61-ci Münxen Təhlükəsizlik Konfansı da beynəlxalq siyasət sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Konfransın proqramı üç mühüm hissədən - əsas proqramdan, 200-dən çox rəsmi paralel tədbirdən və ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələrdən ibarət olacaq. Bundan əlavə, konfransdan bir gün əvvəl Almaniyanın maliyyə naziri Yorq Kukies terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 4-cü “No Money for Terror” beynəlxalq nazirlər konfransına ev sahibliyi edəcək.

Konfransın sonuncu günündə, həmçinin NATO-nun sabiq Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədrliyini Kristof Hoysgenddən təhvil alacaq.скачать dle 10.6фильмы бесплатно


459

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.