• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu halda Kreml İrəvana təzyiqi artıracaq - Politoloq

20-02-2025, 09:00 | Baxılıb: 446
“Bu halda Kreml İrəvana təzyiqi artıracaq - Politoloq

Ermənistanın yaxın gələcəkdə Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində hüquqi addımlar atması real görünmür. Bu proses əsasən siyasi bəyanatlardan ibarətdir, praktik nəticələri yoxdur. Gürcüstan təcrübəsi və mövcud geosiyasi vəziyyət İrəvan üçün sürətli inteqrasiyanın əlçatan olmadığını göstərir.

Bu fikirləri Diaspor.info-ya açıqlamasında politoloq Hüseyn İbrahimov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Avropaya inteqrasiyaya dair açıqlamaları daha çox siyasi manevr xarakteri daşıyır və əsas məqsəd Fransanın və digər qlobal güclərin Ermənistana siyasi dəstəyini qazanmaqdır. Lakin bu yanaşma real nəticələrdən uzaqdır.

Politoloq qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı atacağı istənilən ciddi addım Rusiyanın kəskin reaksiyası ilə qarşılaşacaq:

"AB-yə inteqrasiya istiqamətində real addımlar atılarsa, Rusiya Ermənistana qarşı iqtisadi təzyiqləri və hətta sanksiyaları gündəmə gətirə bilər. Bundan əlavə, ABŞ-ın AB ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Ermənistanın AB-yə üzv olmaq təşəbbüsləri Moskvanın daha sərt mövqe sərgiləməsinə səbəb ola bilər”.

Hüseyn İbrahimov hesab edir ki, Paşinyanın bu prosesdə konkret strategiyası yoxdur:

"Bu, yalnız taktiki gedişlərdir və əksinə, Ermənistanın gələcəkdə möhkəm bir strategiya qurmaq imkanlarını məhdudlaşdıra bilər”.

Bundan əlavə, politoloq vurğulayıb ki, ölkə nə iqtisadi, nə də sosial baxımdan Qərbə inteqrasiya tələblərinə cavab verən vəziyyətdədir.скачать dle 10.6фильмы бесплатно


446

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.