• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək

24-02-2025, 18:00 | Baxılıb: 468
“Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək

Fransa prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampa Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi planını təqdim etmək niyyətindədir.
Diaspor info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Makronun təklifi təxminən 30 min avropalı hərbçinin Ukraynadakı missiyada iştirakını nəzərdə tutur, burada Böyük Britaniya və Fransa aparıcı rol oynayacaq”, - qəzet mənbələrdən birinə istinadən yazıb.

Onların fikrincə, bu yolla Paris region ölkələrinin Ukrayna nizamlanması ilə bağlı öz təkliflərinin olduğunu göstərmək istəyir. Makrona yaxın mənbə təsdiq edib ki, Fransa lideri Vaşinqtona daha əvvəl digər Avropa liderləri, o cümlədən Britaniya hökuməti ilə müzakirə etdiyi “bəzi fəaliyyətlər haqqında təkliflərlə” gedəcək.

“Politico”nun məlumatına görə, fransız diplomatlar da ümid edirlər ki, Makron Trampı Avropa ilə ticarət əlaqələrini saxlamaq və onun təhlükəsizliyini təmin etməyin ABŞ-nin maraqlarına uyğun olacağına inandıra biləcək.

“Prezident Makron Trampla qarşılıqlı fəaliyyətdə real təcrübəyə malik olan və prezidentliyinin ilk dövründə onunla sıx əməkdaşlıq edən nadir liderlərdən biridir”, - qəzet Fransa liderinin köməkçilərindən birinin sözlərini sitat gətirir.скачать dle 10.6фильмы бесплатно


468

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.