• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyənin Vitse-prezidenti: Çətin günlərdə yanımızda olan Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik

27-05-2025, 09:30 | Baxılıb: 479
“Türkiyənin Vitse-prezidenti: Çətin günlərdə yanımızda olan Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik

2023-cü ilin 6 fevralında ölkəmizdə baş verən zəlzələdə çətin günlərdə və terrordan azad Türkiyə prosesində hər zaman yanımızda olan Azərbaycanı hər şəraitdə, eyni könül birliyi ilə dəstəkləməyə davam edəcəyik.
Diaspor.info xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən "28 May Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü Proqramı"nda deyib.

Cevdet Yılmaz qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan-yana dalğalanan bayraqlarımız kimi birlikdə durmağa davam edəcək.

O, Azərbaycanın Müstəqillik Günü kimi şərəfli günün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb: “Türkiyə-Azərbaycan arasında sarsılmaz qardaşlıq bağları var və bu davam edəcək”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin regionda təsirli və mötəbər mövqe qazandığını bildirən Cevdet Yılmaz deyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev arasında olan səmimi münasibətlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu və strateji tərəfdaşlığı dərinləşdirib. Onlar əməkdaşlığımızı 2021-ci il iyunun 15-də azad Qarabağın mirvarisi olan Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə çatdırıblar. “İki dövlət, bir millət” anlayışı institusional əməkdaşlıqlarla gündən-günə möhkəmlənir”.

Azərbaycanın Baş naziri Əli Əsədovun həmsədri olduğu Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vasitəsilə geniş spektrdə fəaliyyət planları həyata keçirdiklərini ifadə edən Cevdet Yılmaz qeyd edib ki, ötən il 11-ci iclas keçirilib: “2024-cü ildə ümumi ticarət həcmimiz təxminən 8 milyard dollara çatdı. İkitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizə doğru qərarlı və planlı addımlarla irəliləyirik”.скачать dle 10.6фильмы бесплатно


479

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.