• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İngiltərənin “Daily Mail” qəzeti Metsamoru növbəti Çernobıl adlandırıb

30-07-2025, 23:00 | Baxılıb: 205
“İngiltərənin “Daily Mail” qəzeti Metsamoru növbəti Çernobıl adlandırıb

Ermənistanda Sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyası ekspertlərin fikrincə ciddi təhlükə yaradır. Zəlzələ zonasında Sovet dövründən qalma atom elektrik stansiyası yaxınlaşan fəlakət qorxusuna görə “Gözləyən Çernobıl” və “Saatlı bomba” hesab edilir.

Diaspor.info xəbər verir ki, bu fikirlər İngiltərənin “Daily Mail” qəzetində “Növbəti Çernobıl” başlığı ilə nəşr edilən məqalədə yazılıb. Yazının müəllifi Cənubi Qafqaz regionu üzrə ekspert Piter Marko Teys qeyd edib ki, 1976-cı ildən fəaliyyət göstərən və Ermənistanın elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya paytaxt İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Türkiyə sərhədindən 16 kilometr məsafədə yerləşən AES 1988-ci ildə Spitak zəlzələsindən sonra 1995-ci ilədək bağlı qalıb.

Piter Marko Teysin məqaləsində qeyd olunub ki, Ermənistanın iqtisadi resurslarının olmaması, texnoloji köhnəlmə və iqtisadi səmərəsizlik AES-də mühüm təhlükəsizlik riski yaradır. “Belə bir nüvə reaktoru hər an işə düşə biləcək partlayıcıdır. Çernobıl qəzası ilə oxşar təsirləri olacaq faciədə ən azı on il ərzində torpağın, suyun və havanın çirklənməsi müşahidə olunacaq, təsirləri isə illər boyu Avropa səmasında hiss olunacaq”-deyə qeyd olunub.

Mütəxəssislər Metsamor AES-in aktiv seysmik qırılma xəttində yerləşdiyini qeyd edərək, onun struktur təhlükəsizliyinin yetərincə olmadığını bildirirlər. Hələ 1995-ci ildə yenidən açılmazdan əvvəl də Ermənistanın bəzi rəsmiləri, parlamentin nümayəndəsi Viktoriya Ter-Nikoqosyan demişdi ki, “Bu atom elektrik stansiyası heç vaxt təhlükəsiz olmayacaq. Potensial qəza Ermənistanın sonu olacaq”. Beynəlxalq Atom Enerjisi Agentliyindən Morris Rosen isə stansiyanın dizaynını “açıq-aşkar qeyri-adekvat” adlandırıb. Hazırda AES Rusiyanın dövlət nüvə enerjisi şirkəti olan “Rosatom”un texniki dəstəyi ilə işləyir. Teysin fikrincə, bu, Kremlə Cənubi Qafqazda enerji siyasətində əhəmiyyətli rol verir. “Rosatom”un stansiyanın iki reaktorundan birini modernləşdirməsi gözlənilsə də, 2023-cü ilin dekabrında imzalanmış sazişin icrası hələ də məlum deyil.

Teys həyəcan təbili çalaraq Metsamor AES-in yaratdığı təhlükəyə qarşı beynəlxalq müdaxiləyə çağırıb. Metsamorun qlobal təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayan Teys bildirib ki, Avropa və ABŞ bu saatlı nüvə bombasını təsirsiz hala gətirmək üçün təcili tədbirlər görməlidir.Lakin bu çağırışlara baxmayaraq bəzi erməni rəsmiləri bildirirlər ki, AES möhkəm bazalt blok üzərində tikilib və illər ərzində təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusilə də enerji təhlükəsizliyi üzrə ekspert Vaqe Davtyanın “Facebook” sosial şəbəkəsindəki yazısını dərc edən “Hraparak” erməni nəşri Metsamor AES-ə haqq qazandırmaqla yanaşı, hətta İngiltərənin “Daily Mail” qəzetini və Teysin yazısını geniş şərh edən Türkiyənin NTV telekanalını ittiham edib. Erməni nəşri daha da irəli gedərək beynəlxalq səviyyəli ekspertlərin haqlı yanaşmasını geosiyasi təzyiq aləti kimi qələmə verməyə çalışıb. Məqsədin Ermənistanın enerji təhlükəsizliyini pozmaq və Rusiya ilə atom enerjisi sahəsində əməkdaşlığını gözdən salmaq olduğunu iddia edən erməni nəşri bunu milli suverenlik məsələsi adlandırıb.

Hazırda isə vəziyyət belədir ki, transsərhəd çayları, xüsusilə də Araz çayı "Metsamor" Atom Elektrik Stansiyası başda olmaqla, Ermənistanın müxtəlif növ metallurgiya zavodlarından axıdılan birbaşa tullantılarla çirkləndirilir. Çünki, Ermənistanın ərazisindən mis-molibden zavodunun bütün tullantıları Oxçuçaya axır, oradan da Araza tökülür. Nəticədə Araz çayı ağır metallarla tamamilə çirklənir.

Nəriman Nəcəfov

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


205

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.