• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Robert Köçəryan və digərlərindən 1 mart zorakılığı qurbanlarına ayrılan 670 milyon dramın kompensasiyası tələb edilir

13-08-2025, 10:00 | Baxılıb: 210
“Robert Köçəryan və digərlərindən 1 mart zorakılığı qurbanlarına ayrılan 670 milyon dramın kompensasiyası tələb edilir

Ermənistan Baş Prokurorluğu respublikanın ikinci prezidenti Robert Köçəryandan və digər məmurlardan 2008-ci il 1 mart etirazlarında baş vermiş zorakılığın qurbanlarına və onların yaxınlarına 670 milyon dram məbləğində (təxminən 1,7 milyon ABŞ dolları) təzminat tələb edir.

Diaspor.info erməni mediasına istinadən xəbər verir ki, 11 avqust 2025-ci il tarixdə Ermənistan Baş Prokurorluğu dövlət maraqlarının müdafiəsi üçün respublikanın ikinci prezidenti olmuş Robert Köçəryana, keçmiş milli təhlükəsizlik şurasının katibi Armen Gevorqyana, sabiq müdafiə naziri Seyran Ohanyana və silahlı qüvvələrin baş qərargah rəisi olmuş Yuri Xaturova qarşı iddia qaldırıb. Ermənistan Respublikası tərəfindən müştərək qaydada, yəni hər birindən bərabər məbləğdə kompensasiya edilmiş 670 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) zərərin ödənilməsi istənilib. İddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib və icrası hakim Aşken Qarslyana həvalə edilib. Məhkəmə işin qəbul edilib-edilməməsi ilə bağlı hələ qərar verməyib.

Xatırladaq ki, Ermənistanda 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələri dərc olunandan dərhal sonra prezidentliyə namizəd Levon Ter-Petrosyan tərəfdarlarını İrəvanın mərkəzində, Azadlıq meydanında toplaşaraq seçki prosesi zamanı baş vermiş qanun pozuntularına etirazlarını bildirməyə çağırmışdı. Ter-Petrosyan və tərəfdarları seçkilərin azad və ədalətli olmadığını iddia edirdilər. 2008-ci il martın 1-də səhər tezdən 9 günlük etirazlardan sonra polis əməkdaşları Azadlıq meydanını bütün nümayişçilərdən təmizləyərək bağlayıb. Nümayişi dağıdarkən odlu silahdan istifadə edilib. Baş verən qarşıdurmada 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Ermənistanda 2008-ci il 1 mart terroru ilə bağlı cinayət işi üzrə adları hallanan məmurlar konstitusiya quruluşunu devirməkdə də ittiham olunurlar.

Nəriman Nəcəfov

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.