Avstraliya və Vanuatu Çin tərəfindən artan rəqabət fonunda iqtisadi və müdafiə əlaqələrini gücləndirmək məqsədilə 500 milyon Avstraliya dolları (327,4 milyon dollar) məbləğində sazişin bağlanması barədə razılığa gəlib.
Bu barədə Diaspor.info-ya “Reuters” agentliyinə istinadən məlumat verir.
Vanuatunun Baş naziri Cotam Napat bildirib ki, bu saziş Avstraliyanın növbəti onillikdə Vanuatuya sərmayə qoymasına imkan verəcək.
"Saziş hər iki ölkəyə çoxsaylı ticarət faydaları gətirəcək", - o bildirib.
Avstraliyanın Baş nazirinin müavini Riçard Marles isə qeyd edib ki, saziş "iki ölkənin ortaq taleyini" nümayiş etdirir.
"Bu, bir qonşu kimi bizim ortaq təhlükəsizlik mühitimizin və bir-birimizə qarşı öhdəliklərimizin olmasının etirafıdır", - Marles bildirib.
O əlavə edib ki, saziş yaxın həftələrdə Cotam Napat və Avstraliyanın Baş naziri Entoni Albaneze tərəfindən rəsmi qaydada imzalanacaq.
Saziş, həmçinin iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini də əhatə edir.