• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya Prezidenti Ukrayna münaqişəsinin həlli ilə bağlı “tunelin sonunda işıq” görür

4-09-2025, 12:00 | Baxılıb: 278
“Rusiya Prezidenti Ukrayna münaqişəsinin həlli ilə bağlı “tunelin sonunda işıq” görür

Rusiya Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında Ukraynadakı vəziyyət, Qərblə münasibətlər və beynəlxalq gündəmlə bağlı bir sıra bəyanatlar verib.

Diaspor.info xəbər verir ki, Rusiya lideri Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşə hazır olduğu təqdirdə Moskvaya gəlməsini təklif edib. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya heç vaxt Ukraynaya təhlükəsizlik zəmanətlərinin ərazilər müqabilində verilməsi məsələsini gündəliyə gətirməyib.

Prezident xatırladıb ki, Moskvanın Ukrayna böhranını sülh yolu ilə həll etmək cəhdləri Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmaması səbəbindən pozulub. O bildirib ki, ərazi məsələləri Ukraynada referendum yolu ilə həll oluna bilər, lakin bunun üçün əvvəlcə hərbi vəziyyəti ləğv etmək lazımdır. 2022-ci ildə Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsindən sonra Ukrayna tərəfi döyüşləri davam etdirməyə qərar verib.

Dövlət başçısı Vladimir Medinskinin danışıqlar qrupunun rəhbəri kimi fəaliyyətindən razılığını ifadə edərək deyib ki, Moskva danışıqların səviyyəsini yüksəltməyə hazırdır. Vladimir Putin, həmçinin Ukrayna münaqişəsinin həlli istiqamətində “tunelin sonunda işıq” gördüyünü deyib və Rusiyanın əksər hərbçilərinin xüsusi əməliyyatın məqsədlərinə çatmaqda israrlı olduqlarını vurğulayıb. “Məqsədlərə sülh yolu ilə çatmaq daha yaxşıdır”, – deyə o, əlavə edib.

Rusiya Prezidenti onu da qeyd edib ki, əgər sülh yolu ilə həll mümkün olmasa, Moskva qarşıya qoyulan məqsədlərə hərbi yolla nail olmağa məcbur olacaq.

ABŞ Prezidenti Donald Trampla Moskvada mümkün görüşə münasibət bildirən V.Putin qeyd edib ki, görüşə hazırlıq aparılmır və tarix də məlum deyil, lakin amerikalı lider Moskvaya dəvət edilib.

Beynəlxalq münasibətlər mövzusuna toxunan Rusiya Prezidenti vurğulayıb ki, “çoxqütblü dünyanın konturları artıq formalaşıb”. Lakin, çoxqütblülük yeni hegemonların yaranması deyil. Bütün ölkələr bərabər hüquqlara malik olmalıdır.скачать dle 10.6фильмы бесплатно


278

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.