• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30-09-2025, 10:00 | Baxılıb: 161
“İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

İtaliya bütün tərəfləri ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırır.

Diaspor.info xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı məlumatda deyilir.

İtaliya hökumətinin uzun müddətdir ki, Qəzzada müharibənin dayandırılması və girovların azad edilməsi üçün bütün səyləri dəstəkləməyə sadiq olduğu bildirilən məlumatda qeyd olunur: “Döyüş əməliyyatlarına son qoyulması həm də Qəzza zolağının mülki əhalisinə təsir edən dəhşətli humanitar böhranın, tamamilə əsassız və qəbuledilməz faciənin həlli üçün vacibdir. ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi plan bu prosesdə dönüş nöqtəsi ola bilər və hərbi əməliyyatların daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki əhalinin tam və təhlükəsiz humanitar yardıma çıxışına imkan verə bilər. İtaliyanın alqışladığı bu plan regional tərəfdaşların tam iştirakı ilə Qəzza zolağının sabitləşdirilməsi, yenidən qurulması və inkişafı üçün iddialı təklifdir. Bu kontekstdə İtaliya ABŞ, Avropa tərəfdaşları və regionla sıx koordinasiyada öz rolunu oynamağa hazırdır və Prezident Trampa vasitəçilik və Yaxın Şərqə sülh gətirmək səylərinə görə, təşəkkür edir. İtaliya bütün tərəfləri bu fürsətdən istifadə etməyə və planı qəbul etməyə çağırır. Xüsusilə HƏMAS girovları azad etməklə, Qəzzanın gələcəyində heç bir rolu olmaması ilə razılaşmaqla və tamamilə tərksilah olmaqla müharibəni bitirmək imkanına malikdir. İtaliya rəsmi Vaşinqtonun dinc və firavan birgə yaşayışa aparan siyasi yolda razılığa gəlmək üçün İsrail və Fələstin arasında dialoqu yeniləmək səylərini dəstəkləyəcək. Yaxın Şərqdə ədalətli və davamlı sülh, İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaması və İsrailin ərəb və İslam xalqları ilə tam normallaşması ilə mümkündür”, - deyə məlumatda bildirilir.скачать dle 10.6фильмы бесплатно


161

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.