• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Özbəkistanda kiçik atom elektrik stansiyaları şəbəkəsi inşa ediləcək

30-09-2025, 10:00 | Baxılıb: 209
“Özbəkistanda kiçik atom elektrik stansiyaları şəbəkəsi inşa ediləcək

Özbəkistan hakimiyyəti ölkənin müxtəlif bölgələrində artan sənaye tələbatını ödəmək üçün əlavə kiçik gücə malik atom elektrik stansiyalarının tikintisini istisna etmir.
Diaspor.info xəbər verir ki, Nazirlər Kabineti yanında Atom Enerjisi üzrə Agentliyin (“Uzatom”) direktoru Əzim Əhmədhacayev bu barədə Moskvada keçirilən beynəlxalq “Atom həftəsi” forumunda çıxışı zamanı açıqlama verib.

Bu bəyanat sənaye komplekslərinin, xüsusilə qaz-kimya və neft-kimya sahələrinin inkişafına dair genişmiqyaslı dövlət proqramlarının fonunda səslənib. “Cizak vilayətində kiçikmodullu reaktor layihəsinin icrasına başlayarkən prosesi izləyəcəyik və rəhbərlik müvafiq qərarlar qəbul edəcək”, – deyə Əhmədxacayev vurğulayıb.

Cizak vilayətində həyata keçirilən pilot layihə kiçikmodullu reaktor texnologiyalarının tətbiqində praktiki təcrübə toplamaq üçün əsas mərhələ hesab olunur. “Uzatom” 2024-cü ilin oktyabrında oxşar obyektlərin yerləşdirilməsi üçün 14 potensial sahənin ətraflı öyrənilməsi planlarını açıqlamışdı.

Artıq Cizakdakı layihə fəal mərhələyə keçir. Kiçik gücə malik atom stansiyalarının inşası xüsusən respublikanın ucqar bölgələrində enerji təchizatının mərkəzləşdirilmədən həyata keçirilməsi strategiyasının bir hissəsidir. Bundan əlavə, atom energetikasının inkişafı iqtisadiyyatın dekarbonizasiyasına və kömürlə işləyən istilik elektrik stansiyalarından tədricən imtinaya xidmət edir.

Kiçikmodullu reaktorlara maraq onların çevikliyi, sənaye müəssisələrini və mərkəzi enerji sistemindən uzaqda yerləşən yaşayış məntəqələrini sabit enerji ilə təmin etmək imkanları ilə bağlıdır.

Beləliklə, Özbəkistan atom texnologiyalarına üstünlük verməklə yalnız artan enerji tələbatını ödəməyi deyil (proqnozlara görə, bu göstərici 2050-ci ilə qədər ikiqat artacaq), həm də bu qabaqcıl sahədə təcrübə mübadiləsi və kadr hazırlığı üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.

Kiçik gücə malik nüvə reaktorlarının ən tanınmış tətbiqlərindən biri atom buzqıranlardır. Cizak vilayətindəki AES-də istifadə ediləcək texnologiya isə dünyanın ən güclü buzqıranlarında uğurla tətbiq olunan reaktor qurğularının quru şəraitinə uyğunlaşdırılmış versiyası olacaq.скачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.