• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident Ərdoğan: Türkiyədə terror problemi tamamilə aradan qaldırılmaq üzrədir

2-10-2025, 09:30 | Baxılıb: 233
“Prezident Ərdoğan: Türkiyədə terror problemi tamamilə aradan qaldırılmaq üzrədir

Türkiyə terror probleminin tamamilə aradan qaldırılması ərəfəsindədir. PKK terror təşkilatının özünü buraxmaqla bağlı bəyanatı və silahların simvolik şəkildə məhv edilməsi ölkə gündəmindən terrorizm təhlükəsinin tam çıxarılacağı günü yaxınlaşdırıb.
Diaspor.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentinin payız sessiyasının 28-ci çağırış açılışında deyib.

Dövlət başçısı xatırladıb ki, 1984-cü ildən bəri terrorizmə qarşı mübarizədə on minlərlə Türkiyə vətəndaşı həlak olub, ölkə iqtisadiyyatı 2 trilyon ABŞ dolları həcmində zərər görüb.

O, terrorizm probleminin həlli, ictimai birliyin və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində parlament komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Prezident vurğulayıb ki, Ankara Türkiyədə formalaşmış sakitlik mühitinin qorunması üçün bütün imkanlarını səfərbər edəcək:

“Əminəm ki, “terrorsuz Türkiyə” hədəfinə nail olmaqla ölkəmiz inkişafında yeni sıçrayış edəcək”, – deyə Ərdoğan bildirib və son bir ildə terrorizm təhlükəsinin aradan qaldırılması istiqamətində atılan addımları tarixi əhəmiyyətli adlandırıb.

Suriya ilə bağlı vəziyyətə toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə qonşu ölkədə “deja vü ssenarisi”nin həyata keçirilməsinə imkan verməyəcək.

“Ankara böhranın əvvəlindən bəri Suriyanın bütövlüyünü qətiyyətlə dəstəkləyib”, – deyən Türkiyə lideri türk, kürd və ərəblərin ittifaqını regionda təhlükəsizliyin qarantı adlandırıb.

Onun sözlərinə görə, Ankara Suriyanın ərazi bütövlüyünün təmin olunması, zəruri hallarda isə Türkiyə sərhədlərindən kənarda terrorçu qurumların formalaşmasının qarşısını alınması üçün bütün diplomatik kanalları işə salıb.скачать dle 10.6фильмы бесплатно


233

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.