• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Volodimir Zelenski: Rusiya Prezidenti hələ də Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ona “verilməsini” istəyir

20-10-2025, 17:00 | Baxılıb: 208
“Volodimir Zelenski: Rusiya Prezidenti hələ də Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ona “verilməsini” istəyir

Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ona “verilməsini” istəyir. Amma ABŞ Prezidenti Donald Tramp bu məsələdə təzyiq göstərmir.
Diaspor.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.

Zelenski qeyd edib ki, “Ukraynanın mövqeyi möhkəm olaraq qalır – təcavüzkara heç bir ərazi hədiyyə edilməyəcək”. Dövlət başçısının sözlərinə görə, o, bunu həm Trampa, həm də onun xüsusi nümayəndəsi Stiv Uitkoffa izah edib.

“Biz başa düşürük ki, cənab Uitkoff sadəcə olaraq Rusiyanın fikrində olanı çatdırır. Bu, onun öz fikri olduğu anlamına gəlmir. Ən azından, o, belə deyir”, - deyən Zelenski əlavə edib ki, o, Uitkoffa Donbasdakı insanların psevdoreferendumlar vasitəsilə Rusiyaya qoşulmaq istəməsi ilə bağlı aldadıcı təəssürat barədə də danışıb.

“Amma bu məsələdə bir nüans var. Əvvəlcə işğal gəldi, sonra nəzarətsiz və “referendum” adlandırılan açıq-aşkar qanunsuz bir şey oldu. Üstəlik, işğalın başlaması ilə qondarma “referendum” arasında 10 il var”, - deyə Ukrayna lideri izah edib.

O, həmçinin Rusiyanın Ukraynanın vilayətlərini öz Konstitusiyasına daxil etməsi ilə bağlı Uittkoffla ciddi söhbətin olduğundan danışıb.

“Əgər Putin sabah, müharibə başa çatdıqdan sonra başqa bir tələb irəli sürsə, biz yenə hər hansı ərazidən çəkilməli olacağıqmı? Mən məsələn, Rusiya Federasiyasının iki bölgəsini Ukrayna Konstitusiyasına əlavə etsəm, onlar bu ərazilərdən çıxacaqlarmı? Bu, işlək olmayan modeldir”, -deyə Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, oktyabrın 17-də keçirilən görüş zamanı o, Rusiya tərəfinin məhz nə istədiyini anlamaq istəyib, lakin hələ ki, dəqiq mövqe yoxdur.

“Bu, hələ ki, səsləndirilməyib”, - deyə Zelenski Trampla ərazi, ordu, dil və sair məsələlərlə bağlı Rusiyanın şərtlərini müzakirə etməsi ilə əlaqədar suala cavab verib.

Bununla belə, Ukrayna Prezidenti hesab edir ki, Kiyev zəif ərazi həlli ilə razılaşdıqdan sonra Tramp və Putin öz aralarında başqa məsələləri həll etməyə çalışacaqlar.

O, buna misal olaraq, Ağ Evdə atəşkəslə bağlı müzakirə zamanı ona Rusiya təbliğatının cəfəngiyatını - Ukraynanın yeni hücuma hazırlaşması və buna görə də fasilə verilə bilməyəcəyi iddiasını göstərib.

“Mən deyirəm: Başa düşmürəm ki, əgər müharibəyə real son qoyularsa, sizinlə imzaladığımız təhlükəsizlik zəmanətlərini necə poza bilərik?”, - deyə Zelenski qeyd edib.

O, həmçinin Cənubi və Şimali Koreyanı, xüsusən də ABŞ-dan təhlükəsizlik zəmanəti ilə birincinin necə “mütərəqqi ölkəyə” çevrildiyini, ikincinin isə totalitarizm üçün zəmin olduğunu xatırladıb. Bu arada, hərbi əməliyyatların başa çatmasından 70 ildən çox keçməsinə baxmayaraq, hələ də onların arasında yekun sülh sazişi yoxdur.

Bundan əvvəl, oktyabrın 19-da mediada Trampın Zelenskidən Putinin şərtləri ilə razılaşmasını tələb etdiyi, əks halda onun “Ukraynanı məhv edəcəyi” iddiası ilə bağlı xəbərlər yayılmışdı.скачать dle 10.6фильмы бесплатно


208

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.