• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb

29-10-2025, 23:00 | Baxılıb: 237
“Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Qazaxıstan ABŞ Prezidentinin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyir.
Diaspor.info Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Serjio Qor və ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşündə bildirib.

Dövlət başçısı ABŞ Prezidentinin sülhün möhkəmləndirilməsinə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Danışıqlar zamanı Vaşinqtonda keçiriləcək C5+1 sammiti kontekstində Qazaxıstan-ABŞ genişləndirilmiş strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib.

Kasım-Jomart Tokayev qarşıdan gələn sammitin uzunmüddətli əməkdaşlıq üçün əsas prioritetləri müəyyənləşdirilməkdə məhsuldar olacağına əminliyini bildirib. O əlavə edib ki, Qazaxıstan ABŞ ilə ticari, iqtisadi və investisiya tərəfdaşlığına əhəmiyyətli təkan verməyə ümid edir.

Qazaxıstan Prezidenti Mərkəzi Asiyanın qlobal proseslərdə artan rolunu da vurğulayıb. Onun sözlərinə görə, region ölkələri misli görünməmiş birlik, mehriban qonşuluq münasibətlərinə sadiqlik və ortaq tərəqqi nümayiş etdirirlər.

Öz növbəsində, Serjio Qor Mərkəzi Asiya regionunun Vaşinqtonun xarici siyasətində strateji əhəmiyyətini bir daha təsdiqləyib. O əlavə edib ki, Ağ Evdə keçiriləcək qarşıdakı görüşün ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırmağa kömək edəcəyinə inanır.

Həmsöhbətlər, həmçinin enerji, vacib minerallar, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrində qarşılıqlı faydalı tərəfdaşlıq potensialını müzakirə ediblər.скачать dle 10.6фильмы бесплатно


237

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.