• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Volodimir Zelenski: Ukrayna kəşfiyyatı yeni sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb

31-10-2025, 12:00 | Baxılıb: 285
“Volodimir Zelenski: Ukrayna kəşfiyyatı yeni sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb

Ukrayna kəşfiyyatı son vaxtlar tətbiq edilmiş sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb. Proqnozlara görə, dövlətin yalnız neft sənayesinə qarşı tətbiq olunan məhdudiyyətlərdən itkiləri ildə 50 milyard dolları keçə bilər.

Diaspor info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

“Artıq tərəfdaşlarımızın yeni sanksiyalarının Rusiya hərbi maşınına təsiri barədə kəşfiyyatın ilkin və ətraflı qiymətləndirmələri var. Məlumat çoxdur və bunun əsasında yeni sanksiyaların hazırlanması zamanı tərəfdaşlarla kommunikasiyamızı tənzimləyəcəyik”, – deyə o bildirib.

Onun sözlərinə görə, indi Rusiyanın neft şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlər nəticəsində ciddi zərərlər müşahidə olunur və əgər Moskvaya qarşı prinsipial və ardıcıl təzyiq davam etdirilərsə, yalnız son vaxtlar tətbiq edilən həmin məhdudiyyətlərdən itkilər ildə azı 50 milyard dollar təşkil edəcək.

Bununla belə, Prezident vurğulayıb ki, tərəfdaşların sanksiya addımları daha da genişlənəcək və Ukrayna artıq bununla bağlı müvafiq siqnallar alıb.

V. Zelenski qeyd edib ki, ərəb dövlətlərinin dünya bazarına neft tədarükü həcmləri bazarda destabilizasiya və qiymət artımı təhdidlərinin qarşısını tam şəkildə ala bilər.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko dövlət başçısına müharibə kontekstində Çin rəhbərliyinin əhvali-ruhiyyəsi və yaxın planları barədə də məlumat verib.

“Əsas məsələ odur ki, Pekin Rusiyanın müharibəni genişləndirmək və uzatmaq cəhdlərini dayandırmaq istiqamətində səylərə qoşulsun. Regionda son günlər baş tutan görüşlər barədə məlumatlar əsasında diplomatlarımıza müvafiq tapşırıqlar veriləcək. Kömək edən hər kəsə təşəkkür edirəm!”, – deyə V. Zelenski yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно


285

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.