• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qazaxıstan polisi bütün regionlarda dronlar tətbiq edir

19-11-2025, 10:00 | Baxılıb: 182
“Qazaxıstan polisi bütün regionlarda dronlar tətbiq edir

Qazaxıstanın Daxili İşlər Nazirliyində polisin fəaliyyətinin səmərəliliyinin artırılmasına və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş rəqəmsal texnologiyaların sistemli tətbiqi davam edir.

Diaspor.info “Polisia.kz”ə istinadla xəbər verir ki, bu istiqamətdə əsas alətlərdən biri bütün regionlarda fəal istifadəyə cəlb olunan pilotsuz uçuş aparatlarıdır.

PUA-lar yollarda təhlükəsizliyin təmin edilməsində yüksək effektiv vasitə kimi özünü doğruldub. Müasir kameralarla təchiz edilmiş bu qurğular real vaxt rejimində yol hərəkəti qaydalarının pozulmalarını qeydə almağa, magistral yollarda mürəkkəb sahələri nəzarətdə saxlamağa və məlumatları operativ şəkildə polis postlarına ötürməyə imkan verir. Uçuş məsafəsinin 20 kilometrə qədər olması yüklənmiş avtomagistrallar və çətin əlçatan ərazilər də daxil olmaqla, tam funksional hava patrulunun həyata keçirilməsinə şərait yaradır. Dronların köməyi ilə artıq 6 mindən çox yol hərəkəti qaydası pozuntusu aşkarlanıb. Hava nəzarətinin daimi olması qəza risklərinin azalmasına və potensial təhlükəli situasiyalara vaxtında reaksiya verilməsinə imkan yaradır.

Konsertlər, idman oyunları və bayram tədbirləri zamanı dronlar nəzarətin əvəzolunmaz elementi kimi çıxış edir. Yüksəkkeyfiyyətli kameralar insanların sıx toplaşdığı məkanları izləyir, şübhəli hərəkətləri vaxtında müəyyənləşdirməyə və patrul qruplarını potensial risk zonalarına operativ şəkildə yönləndirməyə şərait yaradır.

PUA-lar həmçinin hadisə yerlərinin müayinəsi, itmiş şəxslərin axtarışı, cinayət izlərinin sənədləşdirilməsi və kriminogen vəziyyətin monitorinqi zamanı da geniş tətbiq olunur.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.