• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib

15-12-2025, 09:00 | Baxılıb: 287
“Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib.

Diaspor.info xəbər verir ki, “Zeit” nəşri Almaniya Kansleri Fridrix Mertsin öz ofisində Ukrayna Prezidenti ilə görüşdüyünü yazıb.

Dekabrın 15-də Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, eləcə də Avropa İttifaqının və NATO-nun yüksəkvəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər. ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.

Berlin ABŞ-ın 28 maddəlik sül planının açıqlanmasından sonra ilk dəfə danışıqların mərkəzi kimi çıxış edir. Bu danışıqlar Avropa üçün sülh müzakirələrində fəal rol almaq baxımından önəmlidir. Bununla da, Avropa prosesdə yenidən fəal iştirakını təsdiqləmiş olur. Almaniya Kansleri Fridrix Merts dəfələrlə vurğulayıb ki, avropalılar sülh danışıqlarının bir hissəsi olmalıdır. O, bir neçə gün əvvəl NATO-nun Baş katibi Mark Rutte ilə Berlində keçirilən görüşdən sonra mətbuata açıqlamasında Avropanın iştirakı olmadan hər hansı sülh razılaşmasının mümkünsüzlüyünü ifadə etmişdi.

Ukrayna Prezidenti isə Berlin görüşü ərəfəsində açıqlamasında kompromislərə açıq olduğunu, ölkəsinin NATO üzvlüyündən imtina etməsinin əvəzində ABŞ-dan və Avropadan təhlükəsizlik təminatları gözlədiyini ifadə edib.

Sabah, həmçinin 8-ci Almaniya-Ukrayna İqtisadi Forumu da keçiriləcək. Fridrix Merts və Volodimir Zelenskinin qatılacaqları Forumda xüsusilə ikitərəfli iqtisadi əlaqələr və bu əməkdaşlığın Ukraynanın dəstəklənməsində rolu müzakirə olunacaq.скачать dle 10.6фильмы бесплатно


287

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.