• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

1-05-2026, 09:30 | Baxılıb: 180
“Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.

Diaspor.info TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Hazırda "Azerbaijan Airlines" aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir", - nazirlikdən Rusiya və Azərbaycanın xarici siyasət idarələrinin bəyanatından sonra istintaqın davam etdirilməsinin və ya dayandırılmasının planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabında bildirilib.

Nazirlikdən vurğulanıb ki, təhqiqat başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.

"Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, komissiyanın nəticələri və tövsiyələri əks olunacaq", - nazirlikdən bildirilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azerbaijan Arilines" aviaşirkətinin Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan və Rusiya 2026-cı ilin aprel ayında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı faciənin nəticələrinin aradan qaldırılması, o cümlədən qurbanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməsi barədə razılığa gəliblər.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar
Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb

Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.