Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.
Diaspor.info xəbəər verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi öz "Twitter" səhifəsində yazıb.
B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".
Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək
312