Azərbaycanlı futbolçu paytaxt meri olmaq istəyir
Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev paytaxt meri olmaq istəyir.
Diaspor.info xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi bu barədə "İnstaqram" hesabında açıqlama verib. Əliyev bu vəzifəyə seçilməklə, idmanı dirçəltmək istəyini ifadə edib:
"Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım".
Qeyd edək ki, daha əvvəl Aleksandr Əliyev Ukrayna Premyer Liqası və hətta Ukrayna Futbol Federasiyasına rəhbərlik etmək arzusunu dilə gətirib.
346