• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hüquq siyasəti komitəsinin iclası keçirilib

20-05-2024, 16:00 | Baxılıb: 296
“Hüquq siyasəti komitəsinin iclası keçirilib

Diaspor info xəbər verir ki, mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri İsmayıl Qəribli iclasın gündəliyinə bir məsələnin - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini deyib.

İsmayıl Qəribli qeyd edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Media haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq uyğunlaşdırma aparılması, seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə və Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının 2024-cü il 15 may tarixli məktubu ilə təqdim olunmuş təkliflər nəzərə alınmaqla, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib və komitə üzvlərinə paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə məlumat verib.

Gündəlikdə duran məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov çıxış edərək deyib ki, cari ildə Ali Məclisə seçkilərin keçirilməsi nəzərdə tutulur. Məhz bu əsasla seçkilərin keçirilməsinin demokratikliyinin və şəffaflığının təmin edilməsi, eyni zamanda seçki komissiyalarının fəaliyyətinin operativliyinin təmin olunması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda bəzi əlavə, düzəliş və dəyişikliklərin edilməsi təklif edilib. Bu düzəlişlərin bir qismi texniki xarakterli olsa da, məzmun və mahiyyət düzəlişləri də var.
Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsmayıl Qəribli, sədr müavini Aidə Cəlilzadə, üzvləri Hacıfəxrəddin Səfərli və Qadir İbrahimov fikirlərini və suallarını səsləndiriblər.Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov və Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin müzakirəsinə tövsiyə edilib.

Bununla da iclas öz işini başa çatdırıb.скачать dle 10.6фильмы бесплатно


296

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.