Kim Çen İnin ölümü ilə bağlı açıqlama edildi
Şimali Koreya lideri Kim Çen İnin əməliyyat keçirdiyini, vəziyyətinin ağır olduğu və hətta öldüyünü əks etdirən informasiyalarla bağlı məşhur koreyalı ekspert Georgiy Buçhev açıqlama verib. Diaspor.info xəbər verir ki, ekspert Kim Çen İnin ölümü ilə bağlı informasiyaların həqiqəti əks etdirmədiyini deyib, lakin, onun sağlamlığı ilə bağlı problemlərinin oduğunu bildirib.
Koreyanın məşhur mütəxəssislərindən biri olan Georgiy Buçhev bu mövzuda məlumatların çox məhdud sayda şəxslərə məlum olduğunu əlavə edib və Kim Çen İnin 12 aprel tarixindən etibarən müəyyən bir prosedurdan keçdiyinin bəlli olduğunu qeyd edib: "Ölkədəki vəziyyətlə bağlı demək istəyirəm ki, heç bir mürəkkəb və ya dəhşətli vəziyyət yoxdur. Ümumilikdə, bu məsələ həddən artıq şişirdilir".
Onun sözlərinə görə, Şimali Koreyanın lideri vəfat etsə idi, onun imzası ilə göndərilən və hələ də alınan bayram mesajları haqqında məlumatlar yayımlanmazdı: "Belə hallarda bunu bilməli olan insanlara məlumat verilir və xalq buna hazırlaşır, həm də əgər Şimali Koreya lideri ölsə idi əyləncə proqramları ləğv edilərdi. Hələlik bu simptomlara rast gəlinmir".
Müəllif: Nigar Məmmədova