İspaniyanın “Real” klubunun sabiq futbolçusu vəfat edib
İspaniyanın “Real” klubunun sabiq futbolçusu İko Aqilar vəfat edib.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Keçmiş hücumçu 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İko Agilar paytaxt komandasının formasını 1971 - 1979-cu illərdə geyinib. O, 190 oyuna 5 qol vurub, 5 dəfə İspaniya çempionu və 2 dəfə ölkə kubokunun sahibi olub.
Mərhum forvard "Rasinq", "Sportinq" və "Rayo Valyekano" klublarında da çıxış edib.
299