Roza Zərgərli Bülənt Ərsoyla görüşdü
Müğənni Roza Zərgərli türkiyəli həmkarı Bülənt Ərsoyla bir araya gəlib. DİAspor.info-nun məlumatına görə, sənətçilərin görüşü aylar əvvəl İstanbulda baş tutub. Zərgərli birlikdə foto çəkdirərək "İnstagram" səhifəsində yerləşdirib.
Müğənni fotoya bu sözləri qeyd edib: "Yaxın aylarda Bakıda sizi sevə-sevə gözləyirik. Bu il hər birimizə çətin oldu. Amma yenə də hər birimiz xoşbəxtik. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, Bülənt Ərsoyun Bakıya gələcəyi bildirilsə də, pandemiyaya görə konsert təxirə düşüb.
624