Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Diaspor.info-ya bildirilib ki, payız sessiyası ərzində 8242 nəfərə TTK verilib. Onların arasından 2806 nəfərin müraciəti sosial TTK, 5436 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
66