• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xaricdə təhsil üzrə Dövlət Proqramı üçün doktorantura səviyyəsində seçim meyarları məlum olub

6-03-2025, 21:00 | Baxılıb: 663
“Xaricdə təhsil üzrə Dövlət Proqramı üçün doktorantura səviyyəsində seçim meyarları məlum olub

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı üzə doktorantura səviyyəsində seçimin hansı meyarlar əsasında ediləcəyi məlum olub.
Diaspor info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla proqram iştirakçılarının doktorantura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

- namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

- xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması;

- namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

- namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

- namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması;

- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;
- namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

- namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

- namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.”;

Qeyd edək ki, Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadılıb. Eyni zamanda doktorantura səviyyəsi üzrə şəxslər də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ala biləcəklər.скачать dle 10.6фильмы бесплатно


663

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.