• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

5-05-2025, 18:00 | Baxılıb: 480
“Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 4 may 2025-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

DİM-dən Diaspor.info-ya verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1448 namizəddən 34 nəfəri imtahana gəlməyib.

387 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 193 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 4-də keçirilən imtahanda 72 nəfər bu ilin, 122 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 194 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 654 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 6 may saat 10:00-dan 7 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 29-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 4–12 iyun 2025-ci il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.скачать dle 10.6фильмы бесплатно


480

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb

Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub

Azərbaycan və Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edən səfər

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edilib

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.