• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM imtahan iştirakçılarına müraciət edib

19-05-2025, 12:30 | Baxılıb: 720
“DİM imtahan iştirakçılarına müraciət edib

Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına müraciət edib.
Diaspor info xəbər verir ki, müraciətdə deyilir:

"DİM-in keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Məlum olduğu kimi, qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi keçiriləcək. Mayın 25-də II və III ixtisas qrupu üzrə imtahan verənlər artıq DİM-in saytına daxil olaraq buraxılış vərəqələrini çap edirlər. Abitiriyentlər həmçinin imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.

Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur. Orada aydın şəkildə tələb olunan sənədlər, imtahan binasında olma vaxtı, qadağan olunan hallar və s. göstərilir.

Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.скачать dle 10.6фильмы бесплатно


720

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.