• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

III ixtisas qrupu üzrə qəbul imtahanında iki nəfər 400 bal toplayıb

11-06-2025, 16:00 | Baxılıb: 4 643
“III ixtisas qrupu üzrə qəbul imtahanında iki nəfər 400 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb.

DİM-dən Diaspor.info-ya bildirilib ki, imtahanda ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 nömrəli şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmət qızı Hümmətli və Qazax rayonu 1 nömrəli şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Əli İbrahimov imtahanın birinci mərhələsində 290 bal toplayıb.

Xatırladaq ki, DİM II və III ixtisas qrupları üzrə mayın 25-də qəbul imtahanı keçirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 17-si saat 10:00-dan iyunun 19-u saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.скачать dle 10.6фильмы бесплатно


4 643

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.