• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Təhsil naziri : Muxtar respublikada 350-yə yaxın müəllim sertifikasiyada iştirak edir

18-06-2025, 15:00 | Baxılıb: 353
“Təhsil naziri : Muxtar respublikada 350-yə yaxın müəllim sertifikasiyada iştirak edir

"Bu gün ölkəmiz üzrə müəllimlərin sertifikasiya prosesinə start verilib. Müxtəlif fənlər üzrə müəllimlər 120 dəqiqə davam edən və 60 sualdan ibarət olan imtahanda iştirak edirlər. Hər sual 1 balla qiymətləndirilir. Sertifikasiyada 30 baldan yuxarı nəticə göstərən müəllimlər növbəti – müsahibə mərhələsinə buraxılır. Toplanılan bala əsasən, 30-50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqqı 10 faiz, 51-60 bal aralığında nəticə göstərən müəllimlərin isə maaşı 35 faiz artırılacaq".
Diaspor.info xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müəllimlərin sertifikasiya prosesi zamanı jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, bu proses müəllimlərin həm sosial rifahının yüksəldilməsi, həm də peşəkar və intellektual səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Sertifikasiya prosesi tam şəffaf şəkildə təşkil olunub. Biz burada infotur da təşkil etdik və hökumət nümayəndələri, ictimai şəxslər, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri bu proseslə yerində tanış oldular. İmtahan tam elektron şəkildə aparılıb və hər bir müəllim imtahan bitdikdən dərhal sonra yekun nəticəsini proqram təminatı üzərindən görə bilir".

Nazir əlavə edib ki, Naxçıvanda da Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun həyata keçirdiyi sertifikasiya prosesinə uyğun olaraq bütün resurslar təmin olunub. Buraya proqram təminatı, video materiallar, sınaq imtahanları və digər dəstək vasitələri daxildir. Muxtar respublikada 350-yə yaxın müəllim sertifikasiyada iştirak edir.скачать dle 10.6фильмы бесплатно


353

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.