• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

NDU-nun nümayəndə heyəti Ardahanda keçirilən “I Uluslararası Aşıklar/Ozanlar/Kamlar Bilgi festivalı”nda iştirak ediblər

11-07-2025, 16:00 | Baxılıb: 288
“NDU-nun nümayəndə heyəti Ardahanda keçirilən “I Uluslararası Aşıklar/Ozanlar/Kamlar Bilgi festivalı”nda iştirak ediblər

Diaspor info xəbər verir ki, iyulun 10-da Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, NDU nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin saz müəllimi Həsən Həsənli və Naxçıvandan tanınmış aşıq Tural Bağırov Türkiyə Respublikasının Ardahan şəhərinin Çıldır rayonunda keçirilən “I Uluslararası Aşıklar/Ozanlar/Kamlar Bilgi festivalı”nda iştirak ediblər.

Festival türk xalq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ustad xalq şairi Çıldırlı Aşık Şenliyin xatirəsinə həsr olunub. Tədbir bir sıra universitet və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilib. Festivala Türkiyə, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər Naxçıvan, Qırğızıstan, Rusiya–Altay Respublikası, Gürcüstan və İranı təmsil edən sənətkarlar və nümayəndələr qatılıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov “Naxçıvanda aşıq sənəti və mühiti” mövzusunda məruzə ilə çıxış edərək bölgədə bu qədim tarixi sənətin qorunması və inkişafı istiqamətində görülən işlər, eləcə də universitetdə aparılan mədəni fəaliyyətlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Səfər çərçivəsində NDU nümayəndə heyəti Ardahan Universitetində də olub. Nicat Yaqubov universitetin rektoru, professor Öztürk Emiroğlu ilə görüşüb. Görüşdə hər iki ali təhsil müəssisələrinin fəaliyyətindən bəhs olunub, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda NDU nümayəndə heyəti Ardahan Universitetinin qurucu rektoru, professor Ramazan Korkmaz və Daxili Xəstəliklər Qastroenterologiya üzrə tanınmış mütəxəssis, professor Yusuf Bayraktar ilə də görüşlər keçirib.скачать dle 10.6фильмы бесплатно


288

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.