• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib

22-08-2025, 12:00 | Baxılıb: 277
“Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib

Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planları təsdiqlənib.

Diaspor.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 10 uşaq;

- uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qrupları regional təhsil idarələrinin razılığı əsasında yaradılır;

- şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 15 uşaq.

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların formativ qiymətləndirilməsi aparılır və bu barədə valideynlərə məlumat verilir.

Bundan başqa, Azərbaycanın ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.

Nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.скачать dle 10.6фильмы бесплатно


277

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.