• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM imtahandakı tapşırıqların dərsliklərə uyğun olmaması ilə bağlı narazılıqlara aydınlıq gətirib

16-09-2025, 12:00 | Baxılıb: 619
“DİM imtahandakı tapşırıqların dərsliklərə uyğun olmaması ilə bağlı narazılıqlara aydınlıq gətirib

İmtahanlarda verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir kimi iradlar əsaslı və düzgün yanaşma deyil.

Diaspor.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.

DİM sədri qeyd edib ki, Milli Kurikulum 2009-cu ildə təsdiqlənmiş və rəsmi sənəd kimi qəbul olunub. Dərsliklər həmişə kurikuluma əsaslanır, eyni zamanda imtahan sualları müəyyən keyfiyyətləri yoxlamaq üçün hazırlanır.

"Məsələn, uşaqların "oxuyub-anlama" bacarığını yoxlayarkən, dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik. Çünki kurikulumda göstərilir ki, şagird bilmədiyi, tanımadığı mətni oxuyub-anlamalıdır. Biz imtahanda şagirdə ona tanış olmayan mətni veririk ki, oxuyub-anlama, eşidib-anlama qabiliyyətini yoxlayaq. Müəyyən sualların qoyuluşu elədir ki, biz məlumatı verir və soruşuruq ki, situasiyanın həllini necə görürsən. Diaqramlarla işləmək kimi tapşırıqlar da verilir. Bu və ya diaqram özü dərslikdə olmaya bilər və olmamalıdır, şagird diaqramla işləmək bacarığını məktəbdə öyrənməlidir. Bəzən isə buna irad bildirirlər ki, verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir. Burada heç bir məntiq yoxdur, belə iradlar əsaslı və düzgün yanaşma deyil", - deyə o qeyd edib.скачать dle 10.6фильмы бесплатно


619

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.