• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Məleykə Abbaszadə: İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur

16-09-2025, 13:00 | Baxılıb: 766
“Məleykə Abbaszadə: İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur

İmtahanlarda ən aşağı nəticələr coğrafiya fənni üzrə müşahidə olunur.

Diaspor.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.

M.Abbaszadə vurğulayıb ki, xarici dillər, xüsusilə, ingilis dili üzrə son 3-4 ildə sürətli irəliləyiş müşahidə olunur. I qrupda ingilis dili üzrə göstəricilər 50 faizdən yuxarı, II qrupda 43.26 faiz, III qrupda 53.36 faizdir:

"Azərbaycan və rus bölmələri arasında müqayisə aparanda deyə bilərik ki, Azərbaycan bölməsinin göstəriciləri ingilis dilindən başqa digər fənlərdə daha yüksəkdir. Rus bölməsində ingilis dili göstəriciləri qruplar üzrə ardıcıl olaraq təqribən 63 faiz, 58 faiz, 62 faiz, 74 faiz və 59 faiz olub. Nəzərə almaq lazımdır ki, rus bölmələri əsasən şəhər məktəblərindədir, Azərbaycan bölməsində isə çoxlu kənd məktəbi var. Ən aşağı nəticələr isə coğrafiya fənni üzrə müşahidə olunur. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir".

DİM rəhbəri qeyd edib ki, ciddi narahatlıq doğuran sahələrdən biri də kimyadır:

"Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var".

Sədr əlavə edib ki, I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir.

M.Abbaszadə vurğulayıb ki, builki nəticələrə əsasən, ümumi olaraq fənlər üzrə keyfiyyət göstəriciləri sabitdir və müəyyən sahələrdə xüsusilə tədris dili fənni üzrə artım var.скачать dle 10.6фильмы бесплатно


766

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.