• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Təhsil müəssisələrinin akkreditasiya qaydalarında dəyişiklik edilib

3-12-2025, 10:00 | Baxılıb: 438
“Təhsil müəssisələrinin akkreditasiya qaydalarında dəyişiklik edilib

Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edilib.

Diaspor.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Həmçinin, təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq.

Eyni zamanda, təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:

- maksimum balın 85-100 faizi - "uyğundur";

- maksimum balın 70-84 faizi - "əsasən uyğundur";

- maksimum balın 55-69 faizi - "qismən uyğundur";

- maksimum balın 54 və daha aşağı faizi - "uyğun deyil.

Dəyişikliyə əsasən, Akkreditasiya Şurası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq müəyyən edilmiş qərarlardan birini qəbul edəcək.

Təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiyadan keçməməsi barədə qərarlar qəbul edildikdə nazirlik tərəfindən müəssisənin təhsil fəaliyyətinin və ya təhsil proqramlarının icrasının dayandırılması üçün müvafiq tədbirlər görülməli, təhsil müəssisəsinin yenidən təşkili və ləğvi barədə müvafiq qaydada təkliflər verilməlidir.

Bundan başqa, təhsil müəssisəsində təhsilalanların nazirlik tərəfindən müəyyən edilən digər təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Agentlik dəymiş ziyanın fəaliyyətinə xitam verilmiş təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır.скачать dle 10.6фильмы бесплатно


438

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.