ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASINDAN NÖVBƏTİ HUMANİST ADDIM-KÜTLƏVİ SÜNNƏT AKSİYASINA START VERİLDİ.
RAMAZAN BAYRAMI ƏRƏFƏSİNDƏ ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASINDAN
DAHA BİR HUMANİST AKSİYAYA START VERİLDİ.
DİASPOR.İNFO-nun Şimal-Qərb bürosunun verdiyi məlumata görə Zaqatala rayon mərkəzi xəstəxanasında bu gün növbəti “Pulsuz Sünnət” aksiyasına start verilib.
Zaqatala RMX-da bir çox cərrahi əməliyyatlar kimi “Sünnət” əməliyyatı da, həmişə pulsuz olub. Ancaq bəzən insanlar bununla bağlı müraciət edən zaman növbəlilik sistemi, yəni cərrahların başqa əməliyyatlarda olması ilə rastlaşdıqları üçün gecikmələr ola bilərdi.
Ramazan ayı olduğu üçün Zaqatala RMX-nın rəhbərliyi dini baxımdan da, çox əhəmiyyətli və savab olan “Pulsuz Sünnət” aksiyasını başlatdı.
Bu gün rayon əhalisi əvvəlcədən məlumatlandırıldığı üçün sərbəst şəkildə, yəni növbəsiz öz övladlarını sünnət elətdirə bilirlər. Belə ki, xəstəxana bir sıra sosial şəbəkələr vasitəsilə də, rayon əhalisinə müraciət edib.
Təqdirəlayiq aksiya yerli sakinlər tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır.
DİASPOR.İNFO
ZAQATALA