Ana səhifə XəbərlərGənclər və İdman
Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlama saatı açıqlanıb
GƏNCLƏR VƏ İDMAN
10:23 12.02.2022
242
Paylaş
2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 12-də saat 15:00-da başlayacaq.
Diaspor info-nun məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında bildirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 10-12-də keçiriləcək.
İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi baş tutacaq.
Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da təsnifat mərhələsi olacaq.
Xatırladaq ki, Formula 1-in builki mövsümü rekord sayda, 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.