Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri aprelin 11-dən etibarən açıqlanacaq.
Bu barədə Diaspor info-ya Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, şagirdlər olimpiadanın nəticələrini bu tarixdən etibarən www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Xatırladaq ki, aprelin 2-də ölkə üzrə ümumilikdə 74 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 13 minə yaxın şagird iştirak edib.
276