ŞƏHİD CAVAD ŞABANOV VƏTƏN FƏDAİSİ OLUB.
İkinci Qarabağ savaşı 44 gün çəksə də, Şanlı Azərbaycan əsgəri döyüş meydanında erməni əsgərinə öz gücünü göstərdi.
Bu 44 gün ərzində Birinci Qarabağ savaşındakı şəhidlərimizin qisası alındı.
Birinci Qarabağ savaşında vətəninə canını fəda edənlər arasında Cavad Şabanov da vardır.Şəhidimiz haqqında oxucularımıza ətraflı məlumat vermək istəyirik:
Şabanov Cavad Kamal oğlu 1974-cü il yanvarın 25-də Zaqatala rayonunun Suvagil kəndində anadan olub.Suvagil kənd orta məktəbini bitirdikdən sonra Qax şəhərində 3 saylı Texniki Peşə məktəbində traktorçu peşəsinə yiyələnib.1992-ci il iyunun 20-də hərbi xidmətə gedib. Bir müddət sonra
Qarabağ bölgəsinə ön cəbhəyə gedib. Füzuli rayonunun ərazisində düşmənə müqavimət göstərib.
Hərbi xidmət dövründə isə
çavuş olub.
1994-cü il fevralın 12-də Aşağı Abdurəhmanlı kəndi azad edilərkən qəhrəmancasina şəhid olub.
Şəhidimizin qardaşı Abdurəhman Şabanov Cavad haqqında bizimlə həmsöhbət oldu: Cavad 1992-ci il iyul ayında Sumqayıtda , Nasosnuda hərbi xidmətdə olub, sonra Perəkəşküldə təlimə gedib. Təlim keçdikdən sonra isə Füzuli rayonuna müharibəyə gedib. 1994-cü il fevralın 12-də isə şəhid olub. Fevralın 15-də Suvagil kənd qəbristanlığında dəfn olunub.
Biz ailədə 5 bacı, 4 qardaş olmaqla 9uşaq olmuşuq. Cavad sonbeşiyimiz olub. Uşaqlıqdan həmişə işləyən idi. Deyirdi ki, mən əsgər gedib gəldikdən sonra ata, ana işləməyəcək. Çox zarafatcıl uşaq olub, sanki bir aktyor idi.
Texnikaya böyük həvəsi vardı. Qax Peşə məktəbində Traxtorçu peşəsinə yiyələnib.
Çox cəld idi. Cavad uşaqlıqdan idmana çox meyilli olub. Subay idi.
Bacılarımla da çox mehriban idi.
O vaxt qardaşımın nəşini Ağcabədidən atam gedib gətirdi.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
378