Biriinci Qarabağ savaşı başlanan kimi Taleh Məmmədov da, erməni qəsbkarlarına dərs vermək üçün cəbhəyə can atırdı. Ancaq hələ yetərincə ysşı olmadığı üçün Azərbaycan qanunları buna imkan vermirdi. Nəhayət səbirsizliklə gözlədiyi gün Talehi də, döyüş bölgəsinə apardı.
Şəhid Taleh Məmmədovu oxucularımıza yaxından təqdim edirik:
Məmmədov Taleh Abdulla oğlu 1973-cü il avqust ayinin 5-də Zaqatala rayonu Suvagil kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra kənddə, poçtda poçtalyon işləyib.
1992-cü il aprel ayinin 14-də ordu sıralarına çağrılıb. Sentyabrın 27-də Ağdərə rayonunun Mehdiabad kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalisinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şücaətə görə (ölümündən sonra) Prezidentin Fəxri Fərmanı ilə təltif olunub.
Şəhidimizin anası Şükufə Süleyman qızı ilə oğlu haqqında xeyli söhbətləşdik; Taleh 5 ay idi əsgər getmişdi. Daxili qoşunların Xüsusi Təyinatlısı olub.
1992-ci il sentyabrın 29-da xəbər verdilər ki, oğlunuz Ağdərədə şəhid olub. Şəhidlər xiyabanında dəfn olunub. Həmin vaxtı Şəhidlər xiyabanında dəfn edilənlərin baş daşlarının çoxunda naməlum əsgər yazılmışdı.
Taleh əsgərliyə getməzdən əvvəl kəndimizdə poçtda işləyirdi. Poçtalyon olub, pensiya da paylayırdı.
Oğlum yaxşı idmançı idi. Futbola da böyük marağı vardı, yaxşı oynayırdı.
Çox istiqanlı idi, zarafatı sevərdi.
Böyük kişilərlə də, zarafat edərdi.
Əhmədlidə təlimdə olan vaxtı komandirləri deyib ki, kim cəbhəyə getmək istəyir? Taleh birinci qabağa çıxıbki, mən erməniləri öldürməyə getməyə hazıram.
Məktub yazırdı deyirdi ki, toya gələcəm, qızlara da hədiyyələr almışam. Bacılarına qarşı çox mehriban idi. Hələ uşaq vaxtı bir dəfə ad günündə Bakıya şəhidlər xiyabanını ziyarətə də gedib.
Tez -tez evə məktub yazardı. Onun məktubunda xeyli şeirlər vardı.
Dediyinə görə qız da sevirdi, amma biz bilmirdik kim olduğunu.
Döyüş yoldaşları deyirdi ki, onun gözündə heç bir qorxu olmayıb.
Əlmaniz Ələkbərli
Baş Redaktor.
579