• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD MOLLAMUHUMA EMİNOVUN DA QİSASI ALINDI.

21-05-2022, 20:30 | Baxılıb: 56
“VƏTƏN  MÜHARİBƏSİNDƏ ŞƏHİD  MOLLAMUHUMA EMİNOVUN DA  QİSASI  ALINDI.

VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD MOLLAMUHUMA EMİNOVUN DA QİSASI ALINDI.


Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Göyəm kənd sakini Eminov Mollamuhuma Şamil oğludur.

Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Göyəm kəndinə yollandıq.
Şəhidin qardaşı İslamla xeyli söhbətləşdik: ailədə dörd uşaq olmuşuq, üç oğlan bir qız. Atamız Şamil və anamız Səkinə xanım artıq haqq dünyasındadırlar.
Eminov Mollamuhuma Şamil oğlu 1965-ci ilin fevral ayında Zaqatala rayonunun Göyəm kəndində anadan olub. 1972-1982-ci illərdə Şixəli Qurbanov adına 3 saylı orta məktəbdə oxuyub. Sovet ordusunda xidmət edib. 1992-ci ilin avqustunda könüllü olaraq Qarabağa, Ağdərəyə gedib. Zaqatala batalyonunda olub. Şəhidin adının əbədiləşdirilməsi üçün doğulub, boya-başa çatdığı küçəyə onun adı verilib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mollamuhuma Eminovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


56

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.