• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Terapevt: Norma həddindən artıq “Parasetamol”dan istifadə etmək yolverilməzdir

28-01-2023, 13:00 | Baxılıb: 376
“Terapevt: Norma həddindən artıq “Parasetamol”dan istifadə etmək yolverilməzdir

Adətən qripə yoluxanlar ilkin vasitə kimi yüksək temperatur əleyhinə ağrıkəsici təsirə malik “Parasetamol”dan istifadə edir. Digər analgetiklərlə müqayisədə onun əks-təsirləri daha az olsa da, dərmanı həkim məsləhəti olmadan, düzgün dozada qəbul etmədikdə orqanizmdə müxtəlif fəsadlara səbəb olur. Həkimlər bildirirlər ki, mütəmadi “Parasetamol” və dərmanların istifadəsi böyrək və qaraciyər çatışmazlığı kimi xəstəliklərə aparıb çıxarır.

Diaspor info xəbər verir ki, həkim-terapevt Emin Məmmədov deyib: “İlk iki-üç gün xəstənin temperaturu 38 dərəcəni aşmırsa, yüksək hərarətlə əlaqədar qıcolma, özündəngetmə, bayılma hallarına meyilli deyilsə, temperaturu qəfil aşağı salmaq düzgün deyil. İmmun sisteminin aktivləşməyinə imkan vermək lazımdır. “Parasetamol” həm də qaraciyərə çox güclü toksiki təsir göstərən bir maddədir. Xüsusilə gündəlik icazə verilən 2 qram həddini aşmaq çox ciddi dərman toksikozu kimi təsir göstərir, qaraciyər çatışmazlığına və kəskin dərman hepatitinə səbəb ola bilər”.

“Parasetamol”u digər preparatlarla qarışdırmaq yolverilməzdir: “Bu, həm mədə-bağırsaq sisteminə, həm qaraciyərə toksiki zəhərli təsir göstərən bir qarışıqdır. Temperatur qalxan kimi qıcolmaları, epileptik tutmaları və özündəngetmə halları ilə üzləşənlər dərhal temperaturu aşağı salan dərmanlardan istifadə edə bilər. Həmin hallar olmadıqda ilk iki gün temperaturu aşağı salmağa cəhd göstərmək lazım deyil. Temperatur iki gündən sonra davamlı yüksəlməyə doğru gedirsə, antiviral preparatlar qəbul etmək olar”,- deyə həkim-terapevt bildirib.

Ümumilikdə “Parasetamol”un gündə iki dəfədən artıq istifadəsi məsləhət görülmür. Dərmanın qəbulundan sonra ürəkbulanma, halsızlıq, iştahasızlıq kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.скачать dle 10.6фильмы бесплатно


376

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.