Hara gedir bu dünyanın axırı.
Durub düşünürəm hərdən beləcə,
Hec kimin gözləri yolda qalmasın.
Əlləri qoynunda tənha otaqda,
Qəmlənə -qəmlənə fikirə dalmasın.
Bu gözəl həyat hamıya birdir,
Kimiyə acıdır' kimiyə pirdir,
Enişi yoxuşu, acılmaz sirdir,
Hec kimi naşükür aciz olmasın.
Hərə bir tərəfdə başı köksündə,
Ciynində daşıyır hissi paxırı,
Hey düşünür hey daşınır hey gedir
Hara gedir bu dünyanın axırı.
Əzəl gündən yaranışdan belədir,
Hey dartırıq bu dünyanın yükünü,
Əzilirik, boguluruq, ölürük,
Bilən yoxdur ürəklərin hökmünü.
Kimi gülür kimi indi yasdadır,
Kimi ayda kimi indi. dardadır.
Vuran vurur, calan capir dünyanı,
Bilən yoxdur kimi nə cür haldadır.
Getha getdir kəsilməyir axarı,
Cəhənnəmdir bu dünyanın baharı.
İnsanların başı qalxmır köksündən,
Hara gedir bu dünyanın axırı.
Gedən gedir köc eyləyir dünyadan,
Qalanlarda zülmətiylə qocalır.
Fagır kasıb, xəstəliklə əlləşir,
Həkimlərdə bıcagı ilə ucalır.
Evlad olub nə vermişik anaya,
Varmı evlad qullugunda dayana.
Hərə bir tərəfdə öz dərdindədir,
Niyə gəldik niyə görən dünyaya.
Ay Şükufə cox əlləşmə cox yazma,
Bu dünyanın şər işinə qarışma.
Dünya özü baş acmayır özündən,
Şərə böhtan, böhtana şər danışma.
Cagırır məni
Düşmənin əlində inləyir ney tək,
Göyçəm harayına cagırır məni.
Sökülüb dagılıb viranələr tək,
Göyçəm harayına cagırır məni.
Erməni daşnagı yurdu taladı,
Yerində od catıb, ocaq qaladı.
Vətənimin ürəyi, parə -paradır,
Göyçəm harayına caglrır məni.
"Sarı nəri" "Ag qayaya" sarılıb,
"Sona bulaq" göz yaşını saxlıyıb,
Şişqayanın qanı yaman qaralıb,
Göyçəm harayına caglrır məni.
Şükufə Göyçəli.