Ümid fısıltısı
Dağların qoynunda, insanların cənnət dediyi bir məkanda dünyaya göz açmışdım.Ailəmin gözlərinin ağı-qarası təkcə övladı idim.Sevginin və səmimiyyətin baş qaldırdığı bu torpaqlarda ,hər ötən gün daha çox çiçəklənirdi ruhum.Həyatda nə yaşanırsa yaşansın yaxşı insan olmağın möcüzəsinə inanan bir ailəm olması isə ,bu həyatdaki ən böyük şansım idi şübhəsiz.Uşaqlığımda ən sevdiyim fəaliyyət atam və anamla birlikdə təbiətin qoynunda zaman keçirtmək idi.Küləyin həzin-həzin saçlarımı oxşamasını, yarpaqların orkestra tək zərif xışıltısını,çayların çoşub gurlamasını isə hədsiz çox sevirdim.Ən kədərli anlarımda belə , bir çiçəyi qoxlamaq özümü daha yaxşı hiss etməyimə səbəb olurdu.Nağıl tək gözəldir elə deyilmi? O zamanlarda dünyanın ən şanslı insanı zənn edirdim özümü.Sevgi dolu bir ailəm vardı, sağlam idim.Üstəlik dünyadaki pis insanlarla kəsişməmişdi yolum hələ.Uşaqlıqda dinlədiyim nağıllarda pis obrazlar da vardı əlbət.Ancaq mən yaxşıların sonda qalib gəlməsinə o qədər diqqət etmişdim ki, pislərin varlığı sadecə bədii təsvir kimi gəlirdi mənə.Həm mən qəlbi sevgi və yaxşılıqla parlayan bir ailənin övladı idim,onların qəlbindəki o məsum gözəllik yetərdi məni dünyadaki bütün pisliklərdən qorumağa.Ya da mən elə olduğunu zənn edirdim.Gülümsəyincə keçməyən tək bir acı belə yoxdu sanardım.Taki gerçək dünya ilə tanış olana kimi.Dünyanın xoşbəxti mənəm deyə düşündüyüm bir anda inandığım hər şey sarsıldı.Bu elə qəribə idiki, bir anda bütün dünyamın necə alt-üst olduğuna hələ də heyrət edirəm bəzən.Kaşki insanın gözəl bir şəhərdə ,ya da rayonda anadan olması həyatının da gözəl olmasına yetsə idi.Lakin təəssüfki, gerçək dünya yaşadığın yerə, səni böyüdən ailəyə baxmırdı .
O zaman olanları dünən kimi xatırlayıram. O gün 18 yaşım tamam olurdu.Mən artıq universitetin birinci kursunu bitirmək üzrə olan və sevdiyi ixtisasda təhsil alan , ən önəmlisi həyata dair bir dolu xəyalı olan gənc qız idim.Uşaqlığımın son günü olacaqdı o gün.Hardan bilərdimki o gün sadəcə yaşım olmayacaq artan.Tələbə yoldaşlarımla sağollaşıb çiçək dükanından bir buket çobanyastığı çiçəyi aldım.Axı, bügün mənim günüm idi.Zərifliyin nişanəsi çobanyastığı çiçəyi ilə özümü təbrik etdim uşaqsı bir həvəslə.Əlimdə bir dəstə gül, qəlbimdə “Həyat çox gözəldir!” nidaları , ruhumda uşaq təbəssümü və cibimdə xəyallarım..Fikrimi çiçəklərə o qədər cəmləmişdim ki, yaxınlaşmaqda olan avtomobilin fərqində belə deyildim.Yolu keçmək üçün döndüyümdə isə artıq gec idi..Sonrası qaranlıq...Sonrası ruhumun dərinliyinə işləyən kədər.
Gözlərimi açdığım zaman xəstəxana otağında idim.İlk öncə dərk etmədim olanları.Harda idim.Nə işim vardı bu otaqda.Sonra ailəmi gördüm.Ağlamaqdan bir hal olmuşdular.Xüsusən də anam..Mən olanları dərk etməyə çalışır, bir yandan da onlara suallar verirdim.
-Ana, mənə nə olub?Siz niyə belə halsız görünürsüznüz?
Suallarım qarşısında atam gözlərini qaçırdır, anam isə bir mənə bir atama baxırdı.Sanki nə deyəcəyini götür-qoy edirdi.Nəhayət, anam nəfəsini dərərək danışmağa başladı.
-Qızım,Qönçəm..Kiçik bir qəza keçirtmisən .
Anam bunları dedikcə daşlar yavaş-yavaş yerinə otururdu.Qəzanı, səsləri xatırlayırdım.Sonradan öyrəndimki olduqca ağır qəza imiş bu, bir neçə gün koma vəziyyətində qalmışammış.İşin ən pis yanı qəzada bəzi sinirlərim zədələnmişdi.Günümü ordan-ora qaçmaqla keçirən mən, artıq addım ata bilmirdim. Həkimlərə görə tam sağalma vaxtı məlum deyildi.Onlara görə psixoloji olaraq buna mən qalib gəlməli idim.Sözün əsl mənasında sevgi il qurduğum kiçik dünyam başıma yıxılmışdı.O gün mən çarəsizliyi iliklərimə kimi hiss etmişdim.Ərtafımdaki mənə sevgi ilə baxan insanlar, indi yazıqlayan gözlərlə baxırdılar.Bunu anlamadığımı sanırdılar.Ancaq gözlərin qəlbin aynası olduğunu unutmuşdular.Anamın gözlərindəki acizliyi görmək isə bunların içində ən ağırı idi.Bu xəbəri öyrəndiyim gün otaqdaki hərkəsi çıxardıb saatlarla hönkütü ilə ağlamışdım.O qədər çətin idiki o anı qəbul etmək, hönkürtülərimin arasıda qışqıraraq Allaha dua etmişdim, insanların o baxışlarını görmək yerinə kaşki ölsə idim deyə.Mən şikəst qaldığım gün inandığım doğrular, sevgi dolu nağıllarım ,hər biri bir yalan olmuşdu.Daxilimdə yaratdığım rəngarəng dünyam qara bir sis buludundan ibarət idi artıq.
İçimdə bir şeylər o qədər həssas bir şəkildə qırılmışdı ki,tutunacaq heç bir yer tapmırdım.Təbiki, bu hal psixoloji vəziyyətimə də təsirsiz ötüşmədi.Ailəmə güldən ağır söz deməyən mən , indi hər sözlərinə kobud reaksiya verirdim.İçdən-içə bunun öz günahım olduğunu bilirdim əlbət.Əgər daha diqqətli olsa idim, o qəza heç olmayacaqdı.Amma həyatım heç ağlıma gəlməyəcək bir yerdən sarsılmışdı.Dost dediyim insanlar mənə arxalarını dönmüşdülər.Ailəmin sevgi ilə bəzənmiş gözlərində kədər vardı təkcə.Daxilimdəki kimə olduğunu bilmədiyim qırğınlıq, nifrət və əsəb olaraq çıxırdı içimdən.Bəzi günlər saatlarla ağlayırdım evin içində.İlk zamanlarda anam məni sakitləşdirməyə çalışırdı.Sonralar isə elə anlarda tək qalmağımın məni daha tez sakitlışdirdiyini kəşf etmişdilər.Günün çox hissəsini yatmaqla keçirirdim.O günlərdə bir şey kəşf etdim. “İnsanın özünü bağışlaya bilməməsi ağır bir yük imiş məgərsə”
Tam iki ay ayaqlarım tutmaz bir halda yataqda keçirdim günlərimi.Sonra birgün universitetdən bir müəlliməm bizə gəldi. İlk başda görüşmək istəmədim, lakin artıq gəlmişdi.Üstəlik çox da sevdiyim biri idi.Bir müddət sakitlikdən sonra bir xeyli söhbət etdik.Bu söhbət daha yaxşı hiss etdirsə də, yenə də bir şeylər əskik idi.Müəlliməm çıxmadan öncə ,əli qapının qulpunda ikən mənə sarı döndü və heç unutmadığım o sehirli sözləri dedi:
-Qönçə ,sən bu deyilsən, toparla özünü .
Dolan gözlərim və qırılan səsimlə “Özümə dönəcəm” dedim yalnızca.Səsim o qədər cılız bir fısıltı kimi çıxdı ki, eşitdiyinə belə əmin deyildim.Müəlliməm isə səssizcə başını tərpətdi və güvən dolu gözləri ilə mənə gülümsəyərək getdi.
Bu söhbətdən sonra “Sağalmağa” qərar verdim.Özümə güvəndim.İlk başlarda çox çətin idi.Sadə hərəkətləri belə etməkdə o qədər çox çətinlik çıkirdim ki, bəzi zamanlar əsla əvvəlki kimi olmayacağımı düşünmüşdüm.Sonra bir an gəldi ,ruhumdaki qırğınlıqlar keçdi.Mən ruhumu sağaltdıqca fiziki olaraq da sağaldım.
Qəzadan iki il sonra ancaq geri dönə bildim təhsilə.Başda tərərddüdlərim vardı.Bu qədər uzaq qaldıqdan sonra davam etmək olmaz sanırdım.Yeni qrupumla davam edəcəkdim yola.Bu çox çətin idi.Bir gün yenə, bu fikirlərlə həyətimizdə oturmuşdum.Anidən gözüm anamın arxa bağçaya əkdiyi qarğıdalı ağaclarına sataşdı.Ruhumdaki kəpənklərlə birlikdə qarğıdalıların yanına qaçdım.Uşaqlığımı xatırlamışdım.Mən balaca ikən maddi yöndən digər insanlardan daha aşağı bir təbəqədə idik biz.Mən gəlincik istəyirdim, ancaq ailəmin onu alacaq maddi gücü yox idi.Anam da qarğıdalılardan birini dərərək mənə uzatmışdı.
-Al Qönçəm, gəlincik.Bax saçları da var.Üstəlik sənin sevdiyin kimi tam da.
Anamın o sözlərini ,üzündəki buruq təbəssümü xatırlamaq gülümsətdi məni.Bəlkə , çox böyük şeylərə sahib deyildik.Fəqət bu həyatdaki ən önəmli şeylərə sahib idik.Öncəliklə, sevgi dolu bir ailəyə və limitsiz xəyallara.Mən həyatı , xəyalları yoxdan var edə bilən bir qadının qızı idim.Özümə dönmüşdüm.Dolan gözlərim və üzümdəki içdən təbəssümlə göyüzünə baxdım.Allaha şükr etdim sahib olduğum, olmadığım, xəyal edə bildiyim hər şey və ən önəmlisi mənə verilən ikinci həyatım üçün.Bu iki ildə 18 il boyunca öyrənə bilmədiyim qədər çox şey öyrənmişdim.Böyümüşdüm.Hər yeni gün həyata dair öyrəndiklərim daha da artırdı və mən bunu çox sevirdim.Xəyallarıma daha möhkəm tutunacaqdım artıq.Həyatdan daha çox zövq alacaqdım.Yaşam olduqca bir ümidin olduğunu və həyatda ən qaranlıq görünən fəlakətlərin belə, bir işığın müjdəçisi olduğunu təcrübə edərək öyrənmişdim.Bunu unutmayacaqdım.Bütün bu acıların ən gözəl yanı həyat məqsədimi tapmışdım.Mən ümid və sevgimi fısıldayacaqdım insanlara.Xəyal qurmağın sehrini xatırladacaqdım unudanlara.Eyni ilə , ailəm və müəlliməmin mənə öyrətdiyi kimi..