XTQ ŞƏHİDİ ƏHMƏD LAÇINOVU NÖVBƏTİ DƏFƏ YAD ETDİK.
İkinci Qarabağ savaşında, Vətən müharibəsində qəhrəmanlıq göstərərək Azərbaycan bayrağı ordeninə layiq görülmüş XTQ şəhidi Əhməd Laçınovun növbəti il dönümü tədbiri keçirilmişdir. Tədbir Zaqatala rayon Yuxarı Çardaqlar kəndində keçirilmişdir.Tədbirdə rayon ictimaiyyəti kənd ziyalıları, kənd camaatı və şəhid ailələri iştirak etmişdilər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Regional Şimal-Qərb Bölməsinin sədri Zaqatala şəhidlərinin Şanlı Tarix Yazanlar kitabının müəllifi Əlmaniz Ələkbərli çıxış etmişdir. XTQ şəhidi Laçın Əhmədovun ildönümüdə çıxış etdim dedim ki,Əhməd sizin əlinizdən qaçıb dağlarda gizlənən erməni separatçılarının kökünü dostlarınız kəsdi.Gözün aydın olsun şəhidim.
Allah ali baş komandan İlham Əliyevin canını sağ etsin.İnşallah ki, daha evlərə şəhid gəlməz. Şəhidimiz ata-anasına isə oğlanlarının onlara verdiyi rütbəni qürurla daşımağı arzu etdim..
Diaspor. info
Zaqatala