• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini vəziyyəti monitorinq edilib

6-10-2023, 16:30 | Baxılıb: 212
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini vəziyyəti monitorinq edilib

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini vəziyyəti monitorinq edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilir.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən növbəti başçəkmə 29.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə həyata keçirilib.
Başçəkmənin məqsədi uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, tibbi yardımın və psixoloji işin təşkili, qidalanma səviyyəsi, müvafiq sənədləşmənin aparılması, o cümlədən əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərin icrası məsələlərinin yerində araşdırılması olub. Bu məqsədlə məktəbin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, tibb otaqlarına baxış keçirilib, müəssisənin əməkdaşları ilə söhbət aparılıb.
Monitorinq zamanı əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrə uyğun müəyyən edilmiş bir sıra çatışmazlıqların aradan qaldırıldığı, lakin bəzi problemlərin hələ də qaldığı müəyyən edilib. Belə ki, xüsusi təhsilə cəlb olunan şagirdlərin, ibtidai siniflər istisna olmaqla, müvafiq dərsliklərlə təmin edilmədiyi, müəssisədə psixoloji xidmətin təkmilləşməsinə böyük ehtiyacın olduğu, məktəbin ərazisində 136 ailənin məskunlaşması səbəbilə sıxlığın olduğu aşkar olunub.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib, o cümlədən Ombudsmanın 916 Çağrı Mərkəzi və MPM-in fəaliyyəti haqqında məlumat xarakterli nəşrlər təqdim olunub.
Başçəkmənin yekunları ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.