• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.

25-10-2023, 10:34 | Baxılıb: 3 139
“ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.

AZƏRBAYCANDA ÇAY DEYƏNDƏ İLK AĞILA GƏLƏN BÖLGƏ LƏNKƏRAN OLUR.

LƏNKƏRANDA NÜMUNƏVİ VƏTƏNPƏRVƏR AİLƏLƏRDƏN BİRİ, VƏTƏN SEVGİSİNİN BÜTÜN SEVGİLƏRDƏN ÜSTÜN TUTAN ƏLİYEVLƏR AİLƏSİNİ SİZ DƏ TANIYIN.

Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Çay içmək Azərbaycan xalqında qədim dövrlərdən gələn və sevilən adət-ənənələrdən biridir. Çay süfrəsi, ailələri, dostları və tanışları bir araya gətirən, çox problemlərin həll olduğu, iş müzakirələrinin aparıldığı, bir sözlə, gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Xüsusilə də müsəlmanların yaşadığı yerlərdə ta qədimdən əsasən də, kişilər, asudə vaxtlarını çayxanalarda bir pürrəngi çay içib, dostlarıyla söhbət etməklə keçiriblər. Bu hadisəni dövrümüzdə də müşahidə etmək olar, lakin ölkəmizdə artıq çayxanaların qədim dövrlərdə olduğu abu-havasından əsər əlamət qalmayıb. Artıq hər kəs yeniliklərə, müasir dizayna üstünlük verir. Uzun illər fəaliyyət göstərib, öz abu-havasını, qədimliyini qoruyan çayxanalara isə çox az hallarda olsa da, rast gəlmək olur. Belə çay evlərindən biri Lənkəran şəhərində yerləşən “Qala” çay evidir.

ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.
ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.


Lənkəranda müxbir kimi fəaliyyət göstərməyə başladığım gündən bəri, hər gün bu məkana mütləq baş çəkib bir stəkan çaylarını içirəm. Mənimlə yanaşı bu zonaya gələn qonaqlar da buranı ziyarət edir və hər kəs qədimliyi ilə müasirliyin vəhdət təşkil etdiyi bu məkana mütləq baş çəkir, çayından dadır. İçəri daxil olduqda bir tərəfdən közün üstündə dəm alan çay, qaynayan samovar, bir tərəfdən divarlardan asılan qədim əşyalar, şəkillər, xalçaları gördükdə insanın ruhu sakitləşir və nostalgiya yaşayır. Məkanın sahibi də köhnə kişilərdəndir.

ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.


Əliyev Azər Rasim oğlu 1975-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. Böyüyüb həddi-buluğa çatdıqdan sonra gənc yaşda ailə həyatı qurmuşdur. Dörd övladı var. Özünün də dediyi kimi, uşaq vaxtlarından çay sahəsinə böyük həvəsi olub. Əmilərinin ona əmanət etdiyi “Qala” çay evini böyük həvəslə işlədib, müştərilərdə xoş təəssürat yaradır. 1973-cü ildən fəaliyyət göstərən “Qala” çay evi, həmin dövrdən etibarən əsl çayxana abu-havasını bu gün də qoruyub saxlayır. Sovetlər birliyinin dönəmindən bu günə kimi bu çayxananı demək olar ki, SSRİ ölkələrinin hər birindən ziyarət edən olub.

ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.
ÇAY SEVƏRLƏRİN QƏDİMİ MƏKANI “QALA” ÇAY EVİ.


Çayından dadan hər kəs, sanki bu çayda bir fəqlilik var deyərək, sirrinin nədə olduğunu soruşur. Biz də bu sualı özümüzdən aslı olmayaraq Azər kişidən soruşduq. Bizi çayın hazırlandığı mətbəxə dəvət edərək suyun digər məkanlardan fərqli olaraq manqalın üzərində qaynadıldığını və müxtəlif çay növlərindən hazırladığı qarışımı göstərdi. Daha sonra Azər kişinin qardaşlarından fəxr hissi ilə bəhs edərək söhbətimizi davam etdirdik. O, eyni zamanda vətənpərvər bir ailənin övladıdır. Qardaşları Anar və Elmarla birlikdə hələ uşaq vaxtlarından vətənə olan sevgiləri böyük olub. Böyük qardaşı baş leytenant Əliyev Anar Rasim oğlu 1993-cü ildə Füzuli rayonu Kürdmahmudlu kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra ona Milli qəhrəman adı verilmişdir. Kiçik qardaşı polkovnik Elmar Əliyev isə həm 44 günlük müharibədə, həm də aprel döyüşlərində iştirak etmişdir. Hal-hazırda Müdafiə Nazirliyində çalışır. Azər Əliyevin özü də 1993-cü ildə gedən döyüşlərdə iştirak edərək böyük şücaət göstərmişdir.

Sadiq Ələkbərli
Diaspor.info
Lənkəranскачать dle 10.6фильмы бесплатно


3 139

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.