QAX YAZARLARINA ÜZVLÜK VƏSİQƏLƏRİ PAYLANILIB.
Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli Qax yazarları ilə yenidən görüşüb. Tədbir Qax mədəniyyət mərkəzində keçirilib. Tədbirdə Qax yazarlarının əsas heyəti tam olaraq iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bölmə sədri Əlmaniz Ələkbərli ilk öncə Ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra bir sıra məsələlər, xüsusilə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Abdulla Şəhmir, Nadir Ziyadlı, Solmaz Elqızı və Nüyvər Şərifova da çıxış edərək Qax Almanaxı ilə bağlı öz fikirlərini bölüşüblər.
Daha sonra Əlmaniz Ələkbərli Azərbaycan yazıçılar birliyinin Şimal Qərb Regional Bölməsinin üzvlük vəsiqələrini Qax yazarlarına təqdim edib. Onlara yaradıcılıq uğurları arzulayıb.
Tədbirin sonunda AYB Şimal Qərb Regional Bölməsi adından Qax rayon mədəniyyət mərkəzinin işçilərinə, xüsusilə Dilarə xanıma və Qax MKS rəhbəri Güllü xanıma yaradılan şərait üçün təşəkkürlərini bildiriblər.
Diaspor.info
Qax bürosu.