• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nevroloq: “Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir”

6-11-2023, 14:00 | Baxılıb: 226
“Nevroloq: “Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir”

“Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir”.
Diaspor info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov deyib.

O bildirib ki, genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları buna zəmin yaradır: “Qeyd etdiyimiz kimi, miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir. Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir. Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır”.P.Axundov qeyd edib ki, miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın müalicəsindən ibarətdir. Onun sözlərinə görə, buraya öncə tətikləyici, xüsusən dietik amillərin aradan qaldırılması aiddir: “Requlyar qidalanma, yetərli yuxu, kofein və alkoqol istifadəsinin məhdudlaşdırılması, dozalanmış fiziki yük, yanaşı gedən nevroloji pozuntuların və arterial hipertenziyanın korreksiyası xüsusi əhəmiyyət daşıyır. Oral kontraseptiv vasitələr çox vaxt miqrenin gedişini ağırlaşdırır, ona görə də digər kontrasepsiya vasitələrindən istifadə məsləhətdir. Bəzi pasiyentlərdə qeyri-farmakoloji metodlar – psixomotor relaksasiya, davranış terapiyası, manual terapiya, boyun-yaxalıq nahiyəsinin massajı və başqa fizioterapevtik müalicə metodları effektiv olur. Profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzun müddət davam edən (48 saatdan çox) miqrendə, eləcə də də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə preparat yanaşı gedən xəstəliklər nəzərə alınmaqla daha təhlükəsiz minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir. Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır”.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.