• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Danimarkada Milli İnsan Hüquqları İnstitutlarının XIV beynəlxalq konfransında iştirak edir

7-11-2023, 17:00 | Baxılıb: 281
“Ombudsman Danimarkada Milli İnsan Hüquqları İnstitutlarının XIV beynəlxalq konfransında iştirak edir


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Danimarkanın Kopenhagen şəhərində işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI), Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisinin, Ukrayna parlamentinin İnsan hüquqları üzrə Müvəkkilinin və Danimarka İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Milli İnsan Hüquqları İnstitutlarının “İşgəncə və digər pis rəftar: Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda XIV beynəlxalq konfransında iştirak edir.
Konfransın əsas məqsədi milli insan hüquqları institutları arasında əməkdaşlığı inkişaf etdirmək, gücləndirmək və aktual məsələləri müzakirə etməkdir.
Beynəlxalq təşkilatların nümayəndələrinin, bir sıra xarici ölkələrin ombudsmanlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr barədə məlumat verib.
Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlar, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışan Səbinə Əliyeva Milli Preventiv Mexanizm mandatı çərçivəsində insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərdə həyata keçirilən minatəmizləmə və bərpa-quruculuq işləri zamanı azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkarlandığını, həmin şəxslərin amansız işgəncələrə məruz qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
S.Əliyeva azərbaycanlılara, o cümlədən qadınlara, uşaqlara, qocalara qarşı vandalizm aktları, qeyri-insani rəftar, işgəncə halları və aşkar edilmiş kütləvi məzarlıqlarla bağlı xüsusi hesabatların hazırlandığını qeyd edib.
Konfransda işgəncə və digər pis rəftarın qarşısının alınması istiqamətində xarici ölkələrin ombudsmanlarının təcrübələri dinlənilib və qarşıya çıxan problemlərin həlli istiqamətində fikir mübadilələri aparılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


281

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.